Gübrələr




KARBAMİD GÜBRƏSİ (46,3%)

Ən çox axtarılan balanslaşdırılmış aqrokimyəvi gubrəlerdən biri Karbamid gübrəsidir. Karbamid gübrəsinin əsas komponenti tərkibində 46% olan azotdur. Bu, bütün mövcud olan azot gübrəsinin ən çox konsentrasiyasıdır.

Bu olduqca çox yönlü və təhlükəsiz gübrədir. Bitkiləri mənfi faktorlardan qoruyur, yaxşı məhsul əldə etməyə təmin edir.Karbamid gübrəsi yazlıq yemləmə gübrəsidir.







AMMOFOS GÜBRƏSI (12:52)

Ammofos gübrəsi 12% azotdan və 52% fosfordan ibarətdir. Əsasən şum altı gübrəsidir və daha çox payızlıq əkinlərdə istifadə olunur.Ammofos gübrəsi istifadə olunduğu zaman bitkinin keyfiyyətini və məhsuldarlığını artrımış olur.







NITROAMMOFOSKA (16:16:16)

Nitroammofoska-istənilən bitkinin(azot,fosfor,kalium) həyatı üçünzəruri olan üç əsas komponentdən ibarət olan müasir kompleks mineral gübrədir.Bu gübrə balanslaşdırılmış bitki qidasını təmin edir.Əsasən şumaltı gübrə kimi istifadə olunur.Istifadə zamani bitkinin məhsuldarlığına çox ciddi təsir gostərir.







AMMONIUM NITRAT/AZOT (34,4%)

Gübrənin əsas aktiv tərkibi azotdur.Onun tərkibində 33-35% azot təşkil edir.Istifadə baxımından ammonium nitrat kənd təsərrüfatında istifadə olunan bütün gübrələr arasında aydın liderdir.Məhsulun böyüməsinə,keyfiyyətinə,çoxalmasına güclü təsir edir.

Əsasən bu gübrəni yazlıq əkinlərdə yemləmə gübrəsi(boy gübrəsi) olaraq istifadə olunur.







AMMONIUM SULFAT

Ammonium sulfat (21:24 NS)-21% Azot(ammonium) və 24% kükürd(sulfat forması) suda tez həll olunmaq xüsusiyyətinə malikdir. Tərkibindəki azot və kükürdün yüksəkməzmunu bitkilərin güclü inkişafına imkan verir.Bitkinin infeksiyaya qarşımüqavimətini gücləndirir,quraqlığa qarşı müqaviməti yaxşılaşdırır.Məhsuldarligi artırır, böyümə və çiçəkləməni yaxşılaşdırır.Insan və heyvanlar üçün təhlükəsizdir, tərkibində nitrat yoxdur.Torpağda yuyulmur,ona görə də bitkilər tərəfindən tamamilə mənimsənilir.







NUTRI HUMUS (Naturel Nutri Humus)

Nutri Humus gübrəsi tam olaraq orqanik hesab olunur. Bu gübrə istər damlama istərsə də yarpaqda istifadə oluna bilər. Qeyd olunan gübrə həm məhsuldarlığı həm də keyfiyyəti artırır. Nutri Humus gübrəsi tam olaraq suda həll olunur və heç bir çöküntü yaratmır. Meyvə bağlarında,bostan bitkilərində,dənli taxıl bitkilərində və tərəvəz sahələrində istifadə oluna bilər.